...

AAYDA sürücüləri bu yolda diqqətli olmağa çağırdı

Cəmiyyət Materials 5 Mart 2025 16:26 (UTC +04:00)
AAYDA sürücüləri bu yolda diqqətli olmağa çağırdı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 06 mart 2025-ci il tarixdən başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcəkdir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti