Bakı. Trend:
8 mart saat 09:00-dan 9 mart saat 23:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində (əsas yolda, hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.