...

Azərbaycan - yaşamaq üçün ən təhlükəsiz ölkədir - Yeni Zelandiyalı müəllimə

Cəmiyyət Materials 18 Mart 2025 17:57 (UTC +04:00)
Azərbaycan - yaşamaq üçün ən təhlükəsiz ölkədir - Yeni Zelandiyalı müəllimə
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan – mənim bu vaxta qədər yaşadığım ən təhlükəsiz ölkədir.

Trend xəbər verir ki, bunu yeni-zelandiyalı müəllimə Linsi Flauers Yeni Zelandiyanın “Stuff” nəşrinə bildirib.

Flauers Bakıya Yeni Zelandiyadan təxminən 8 il əvvəl köçüb.

“Mən dünyanın bu hissəsi barədə heç nə bilmirdim, lakin tam fərqli mədəniyyət və mühitə dalmaq arzusundaydım” ,- deyə o bildirib.

Flauers qeyd edib ki, Azərbaycanın paytaxtı, möhtəşəm, təmiz, son dərəcə təhlükəsiz ollması ilə onun diqqətini cəlb etdi.

“Bakı – heyrətamiz şəhərdir”,-deyə o əlavə edib.

Onun sözlərinə görə, yerli mühitə uyğunlaşmağı hardasa bir il çəkdi, yerli adət-ənənələrlə, bayramlarla tanışlıq, həmçnin Azərbaycanlılar tərəfindən isti qarşılanma inteqrasiya prosesini əhəmiyyətli dərəcədə asanlaşdırdı.

“Yerli sakinlər olduqca mehriban, qayğıkeş və qonaqpərvərdirlər”, - deyə Linsi Flauers bildirib. Səmimi olub hər bir yerin unikallığını qəbul etsək, onun heç bir real çatışmazlığı yoxdur. Bu möhtəşəm ölkədir”,-deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti