Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi yollarda görünüş məsafəsinin məhdudlaşacağı ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq. Yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağa çağırır və aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:
✅ Sürət həddini hava şəraitinə uyğun seçin.
✅ Yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurət
olduqda duman faralarından istifadə edin.
✅ Ötmə və kəskin manevrlərdən çəkinin.
✅ Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini
artırın.
✅ Xüsusilə piyada keçidlərində daha ehtiyatlı olun.
Unutmayın: Qeyri-sabit hava şəraitində nəqliyyat vasitələrini idarə etmək əlavə diqqət və məsuliyyət tələb edir!
Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.