...

Oynaq ağrılarının səbəbi yalnız yaş deyil – Fizioterapevt xəbərdarlıq edir

Cəmiyyət Materials 22 İyul 2025 10:03 (UTC +04:00)
Oynaq ağrılarının səbəbi yalnız yaş deyil – Fizioterapevt xəbərdarlıq edir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oynaq ağrıları yaşlanmanın qaçılmaz nəticəsi deyil.

Trend xəbər verir ki, bu fikirləri 93 FM-də yayımlanan “Sağlam radio” verilişinin qonağı, fizioterapevt Könül Məmmədova səsləndirib.

Onun sözlərinə görə, oynaqlarda yaranan ağrılar çoxsaylı səbəblərlə bağlı ola bilər: iltihabi proseslər, travmalar, infeksiyalar, metabolik pozğunluqlar və ən əsası – oynağın biomexanikasının pozulması.

“Oynaqlar düzgün hərəkət edə və bədənin yükünü daşıya bilmədikdə, nəticədə ağrı, hərəkət məhdudiyyəti və deformasiyalar ortaya çıxır. Məsələn, menisk yırtığı, çiyin əzələsinin zədələnməsi, oturaq həyat tərzi və ya düzgün aparılmayan idman hərəkətləri bu problemləri yarada bilər”, – deyə həkim bildirib.

Könül Məmmədovanın sözlərinə görə, bir tərəfli əzələ zəifliyi də oynaqların funksiyasını poza bilər. Hətta yastı pəncə, onurğa əyriliyi, çanaq displaziyası, artıq çəki və düzgün seçilməmiş ayaqqabılar da bu zəncirvari təsirin bir hissəsidir.

Müalicəyə gəlincə, fizioterapevt deyir ki, bu, səbəbdən, şiddətdən və xəstənin ümumi vəziyyətindən asılı olaraq dəyişir. İltihablı hallarda dərman müalicəsi, qığırdaq zədələnmələrində isə fizioterapiya və reabilitasiya tövsiyə olunur.

“Osteopatiya, pəhriz və yoqa gimnastikası kimi yanaşı metodlar da biomexaniki tarazlığın bərpasında əhəmiyyətlidir”, – deyə fizioterapevt vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti