...

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edildi (VİDEO)

Cəmiyyət Materials 14 Avqust 2025 09:42 (UTC +04:00)
Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edildi (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücü Həsənov Əlifağa Aqil oğlu ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərnişindaşıma fəaliyyəti yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunmalı və bu fəaliyyət zamanı sərnişinlərin təhlükəsizliyi tam təmin edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti