...

Xəstənin vəziyyətinə uyğun xəstəxana sistem tərəfindən təyin ediləcək

Cəmiyyət Materials 30 Oktyabr 2025 12:08 (UTC +04:00)
Xəstənin vəziyyətinə uyğun xəstəxana sistem tərəfindən təyin ediləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xəstənin vəziyyətinə uyğun ən yaxın və müvafiq avadanlığa malik xəstəxana sistem tərəfindən təyin ediləcək.

Trend xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktorunun müşaviri Elşad Məmmədli
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”də deyib.

O bildirib ki, Xəstəxana xəstənin gələcəyini, təxmini çatma vaxtını və ilkin diaqnozu əvvəlcədən biləcək.

"Briqada ehtiyac olduqda müxtəlif ixtisas üzrə həkimlərlə (reanimatoloq, pediatr və s.) video və ya audio əlaqə quracaq. Çağrı mərkəzində 24/7 rejimdə çalışan kritik və digər ixtisaslı həkimlər artıq formalaşdırılıb"- deyə o əlavə edib.

Elşad Məmmədli qeyd edib ki, çağrı mərkəzində şəxsiyyəti təyin olunan xəstənin şəxsi və tibbi məlumatları, keçmiş xəstəlik və çağırış tarixçəsi briqada interfeysində avtomatik göstəriləcək. Həkimlər xəstə haqqında o yolda olarkən məlumat alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti