...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəmiyyət Materials 12 Dekabr 2025 10:07 (UTC +04:00)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dekabrın 11-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 268, o cümlədən borclu şəxs qismində axtarışda olan 239 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti