Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 8 mlrd. 793 milyon manatdan çox vəsait ödənilib.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 709,5 milyon manat və ya 8,78% çoxdur.
