...

Bu il 1794 tələbə Dövlət Proqramı ilə xaricdə təhsil hüququ qazanıb

Cəmiyyət Materials 30 Dekabr 2025 13:18 (UTC +04:00)
Bu il 1794 tələbə Dövlət Proqramı ilə xaricdə təhsil hüququ qazanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ümumilikdə 1794 tələbə xaricdə təhsil almaq hüququ qazanıb. 2025/2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində dünyanın 14 ölkəsinin 65 nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq üçün 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 tələbə təqaüdə layiq görülüb.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

Məlumata görə, onlardan 21 nəfər bakalavariat, 136 nəfər magistratura, 6 nəfər doktorantura olmaqla, ümumilikdə 163 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan bir neçə ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsil səviyyəsi üzrə 284 nəfər təhsil almaq hüququ qazanıb. 9 nəfər proqram iştirakçısı isə təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb və Dövlət Proqramı məzunu statusu əldə edib.

Proqram çərçivəsində dünyanın 14 ölkəsinə aid 69 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 292 nəfər hazırda əmək fəaliyyəti ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti