...

Azərbaycanda kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

Cəmiyyət Materials 23 Yanvar 2026 14:57 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İnternet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954 sayt, sosial şəbəkə hesabı və səhifə bloklanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.

Hesabata görə, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131, ümumilikdə 3.315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti