...

Xaçmazda 7 kiloqram narkotik və 1 tapança aşkarlandı

Cəmiyyət Materials 28 Yanvar 2026 10:01 (UTC +04:00)
Xaçmazda 7 kiloqram narkotik və 1 tapança aşkarlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 28 yaşlı Əli Abbasov saxlanılıb.

Trend-in məlumatına görə, həmin şəxsdən 7 kiloqram marixuana aşkarlanıb.

Bundan başqa keçirilən digər tədbir zamanı rayon sakini 21 yaşlı Həzrət Atakişiyevdən qanunsuz olaraq əldə edib özündə saxladığı 1 ədəd “Makarov” markalı tapança da aşkarlanıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti