Bakı.Trend:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda dəyirmi masa keçirilir.
Trend xəbər verir ki, dəyirmi masada aidiyyəti qurumların və səhiyyə mütəxəssislərinin iştirakı ilə ilk transplantasiya əməliyyatının elmi-praktiki əhəmiyyəti və perspektivləri müzakirə ediləcək.
Tədbir çərçivəsində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Orqan donorluğu və Transplantasiyası üzrə Koorsinasiya Mərkəzinin sədri Yeganə Abbasova və digər rəsmilər çıxış edəcəklər.
Xəbər yenilənəcək
