Bakı. Trend:
Bakıda 1 yaşlı uşaq qızılcadan ölüb.
Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 14.02.2026-cı il tarixində saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına əsasən, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü Ömür Zeyniyevin həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda qeyd olunub.
