...

ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATINDA ÜÇÜNCÜ TURUN PARTİYASI OYNANILIB

Cəmiyyət Materials 17 Sentyabr 2005 11:25 (UTC +04:00)

Çernoqoriyada keçirilən gənclər arasında şahmat üzrə Avropa Çempionatının dünən beşinci turunun partiyası oynanılıb.

Trend in məlumatına görə, O1- yaş qrupunda Ülvi Bacarani qələbə çalıb və hazırda 2.5 xalla 7-11-ci yerləri bölüşür. O12 kateqoriyasında şahmatçılar arasında B.Rzayev ən uğurlu çıxış edib. 3 turda da qalib gələn Rzayev hələlik 2.0 xalı var.

O14 kateqoriyasında E.Səfərli parlaq çıxış edib. O öz növbəti partiyasını udaraq 3 mümkün xaldan 3.0 xal toplayıb və 1-6 yerləri bölüşür. O16 qrupunda Ş.Həsənovun 2.0 xalı var.

E.Səfərli kimi Q10 kateqoriyasında S.İbrahimova da uğurla çıxış etməyə başlayıb və o 3 xalla 1-ci və 3-cü yerəlir bölüşür. X.Abdulovanın Q12 kateqoriyasında 2.0 xalı var. Q 14 kateqoriyasında yarışan A.Bəxtiyarlı və X.Zeynalova da eyni xala malikdirlər.

Onlar hələləik 7-ci və 25-ci yerləri bölüşürlər. S.Hüseynova (Q16), 3-cü turda qalıb gələrək 2.5 xal yığıb və 5-ci və 10-cu yerləri bölüşür. Elə bu kateqoriyada A.Ağayevanın da 2.0 xalı var.

Xəbər lenti

Xəbər lenti