...

Azərbaycanın qadınlardan ibarət həndbol yığması Rumıniyaya yola düşüb

Cəmiyyət Materials 8 Noyabr 2005 18:36 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət həndbol yığması noyabrın 9-da nüfuzlu beynəlxalq turnirin keçiriləcəyi Rumıniyaya yola düşüb.

Milli Federasiyada Trend ə bildirilib ki, Buxarestə səfər ayın sonunda Portuqaliyada keçiriləcək Avropa çempionatının seçmə oyunlarına hazırlıq mərhələsi olacaq. Buna görə komandanın baş məşqçisi Valeri Pevniski öz yetirmələrini Rumıniyada meydan sahibləri, habelə Hollandiya, Slovakiya və Xorvatiyadan olan həndbolçularla görüşdə yoxlamaq qərarına gəlib. Məşqçi müxtəlif oyun sxemlərini yoxlamaq, eləcə də yığmanın əlaqələrini möhkəmləndirmək niyyətindədir.

Xatırladaq ki, Avropa-2006-nın seçmə oyunlarında yığmanın rəqibləri Litva, Portuqaliya, Yunanıstan, Slovakiya və Finlandiya kollektivləri olacaq.

Xəbər lenti

Xəbər lenti