...

Şəhriyar Məmmədyarov çempionluğunu rəsmiləşdirib

Cəmiyyət Materials 23 Noyabr 2005 11:14 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Türkiyədə 20 yaşlı qızlar və oğlanlar arasında keçirilən şahmat üzrə dünya çempionatının sonuncu günündə partiyasını heç-heçə oynayaraq çempionluğunu rəsmiləşdirib. Trend in xəbər verdiyi kimi, o, macarıstanlı F.Berkeşdən 1 xal irəlidə olub.

2-ci və 3-cü yerləri rusiyalı Y.Alekseyev və daha bir azərbaycanlı qrossmeyster Vüqar Haşımov bölüşdürüb.

Şəhriyar artıq ikinci dəfədir ki, bu yüksək ada layiq görülür. O, ilk dəfə Naxçıvanda keçirilmiş Çempionatın qalibi olmuşdu.

Qeyd edək ki, Azərbaycanın həmin yaş kateqoriyasında 3 çempionu olub: H.Kasparov, B.Akopov və hazırda İsraili təmsil edən E.Sutovski. Şəhriyar Məmmədyarov da artıq bu siyahıya daxil olaraq ilk dördlüyü təşkil edir1111.

Onun bacısı Türkan Məmmədyarova isə qızlar arasında turnirdə 3-5-ci yerləri bölüşdürüb və turnirin favoritlərini gələcəkdə onunla istənilən şahmat yarışlarının potensial lideri kimi hesablaşmağa vadar edib.

Xəbər lenti

Xəbər lenti