...

Vərəmə yoluxmuş dustağın iddiası ilə əlaqədar hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 9 Dekabr 2005 13:14 (UTC +04:00)

Dekabrın 9-da Bakı şəhəri, Səbael rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə Qobustan Qapalı Həbsxanasında cəza çəkən Natiq Mirzəyevin iddiası üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə hakim Yusif Kərimov məlumat verib.

Ömürləu həbsə məhkum edilmiş N.Mirzəyevin həmin məhkəmə qarşısında qaldırdığı iddia 1 saylı İstintaq Təcridxanasının nəzarətçiləri ilə bağlıdır. Dustaq iddia edir ki, həmin nəzarətçilərin laqeydliyi uzbatından vərəmə yoluxub. Nəzarətçilərə və təcridxananın keçmiş rəhbərliyinə vərəmin ilk simtomlarını hiss etməsi barədə müraciət etsə də onun müraciətləri nəzərə alınmayıb.

Hazırda isə Natiq Mirzəyev məhkəmədən səhhətinə dəymiş zərərlə əlaqədar təcridxana əməkdaşlarından təzminat tutulmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti