...

Teymur Rəcəbovun Dünya kubokunda uğursuzluğu onun reytinqinə təsir etməyəcək

Cəmiyyət Materials 27 Dekabr 2005 11:11 (UTC +04:00)

Teymur Rəcəbovun Xantı-Mansiyskdə keçirilən Dünya kubokunda uğursuzluğu onun reytinqinə təsir etməyəcək.

Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənovun Trend ə bildirdiyi kimi, bu nüfuzlu yarışın 1/16 finalda məğlub olmasına baxmayaraq, şahmatçı öz mövqeyini yaxşılaşdıra bilər. "Teymur Dünya kubokunda 4 qələbə qazanıb və bu nəticələr şübhəsiz ki, nəzərə alınacaq", - deyə o vurğulayıb.

F.Həsənov onu da qeyd edib ki, 1/32 finalda məğlub olmuş Şəhriyar Məmmədyarovun reytinqində bəzi dəyişikliklər ola bilər. Lakin bu uğursuzluğu onun İstambulda keçirilmiş dünya birinciliyində uğurlu çıxışı və qələbəsi aradan qaldıra bilər.

Xatırladaq ki, reytinqdə T.Rəcəbov 18-ci, Ş.Məmmədyarov isə 28-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti