Futbolçularımız ermənilərlə görüşün keçirilməsi yeri ilə bağlı UEFA və FİFA-nın istənilən qərarını qəbul etməyə hazır olmalıdır. Montredə keçirilmiş püşkatmanın nəticəsini Azərbaycan yığmasının baş məşqçisi Vaqif Sadıqov Trend ə belə şərh edib.
Onun sözlərinə görə, bu, UEFA üçün həqiqətən də çıxılmaz vəziyyətdir. " Komandaların harada oynayacağı məlum deyil, amma hər şey ola bilər" -deyə mütəxəssis qeyd edib.
Mərasim ərəfəsində AFFA-nın Baş katibi Fuad Əsədov deyib ki, yığmalar bir qrupa düşərsə, onda o, görüşün neytral sahədə, Tiflisdə keçirilməsi təklifi ilə çıxış edəcək. Amma bu təşəbbüsə UEFA-nın kabinetlərində ətraflı baxılma tələb olunur, belə ki, futbol məmurlarının həmin məsələni tezliklə həll edəcəyini gözləməyə dəyməz.