Azərbaycan yığmasının nümayəndə heyətinin rəhbəri Mirkamil Rəhimov Turindəki Olimpiya oyunlarında komandanın bayraqdarı olacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, məhz şef-demissiyon fevralın 10-da qış Olimpiya oyunlarının açılışı mərasimində dövləti bayrağını daşıyacaq. "M.Rəhimovun xekyrinə olan bu seçim sadə bir səbəb üzündən edilib. Axı o, əsil azərbaücanlıdır. Həm də Turindəki komandanı yalnız Kristin Freyzer - İqor Lukanindən ibarət rəqs cütlüyü təmsil edəcək. Ona görə də Mirkamil müəllimin namizədliyi məntiqidir", - deyə R.Abbasov bildirib.
Xatırladaq ki, ən az saylı komandalardan biri olan Azərbaycan yığması artıq özünün 3-cü Ağ Oyunlarında iştirak edir.