...

AFFA Türkiyənin Futbol Federasiyası ilə əməkdaşlığa dair müqavilə imzalayacaq

Cəmiyyət Materials 4 Mart 2006 15:00 (UTC +04:00)

AFFA-nın nümayəndə heyəti Türkiyədən işgüzar səfərdən qayıdıb. Nümayəndə heyəti Türkiyə futbol Federasiyasının (TFF) prezidenti Haluk Ulusoyun dəvəti ilə bu ölkəyə səfər etmihdi.

Assosiasiyada Trend ə bildirilib ki, tərəflər 2015-ci ilədək qarşılıqlı əməkdaşlığa dair saziş imzalamağı qərara alıb. Bu sənəd apreldə həyata vəsiqə alacaq və həmin vaxt 2002-ci il dünya çempionatının bürünc mükafatçıları Bakıya yoldaşlıq görüşünə gələcək. Məhz İstanbula səfər zamanı AFFA rəhbərliyi bu msələ ilə bağlı türkiyəli həmkarları ilə prinsipial razılaşmaya nail olub. Azərbaycanın futbol həvəskarları tanınmış rəqiblərin oyununu əyani olaraq seyr edə biləcək.

Diqqətəlayiqdir ki, Ş.Diniyevin yetirmələrinin Ukraynaya qarşı heç-heçə ilə başa çatmış uğurlu oyunundan sonra TFF Azərbaycanın xeyrinə olaraq qəti seçim edib.

Xəbər lenti

Xəbər lenti