...

"Novruz-2006" futzal turnirinin təşkilatçıları iştirakçı tərkibini müəyyənləşdirib

Cəmiyyət Materials 9 Mart 2006 14:57 (UTC +04:00)

"Novruz-2006" ənənəvi beynəlxalq futzal turnirinin təşkilatçıları son olaraq yarış iştirakçılarının tərkibini müəyyənləşdirib.

Trend ə məlum olub ki, Bakıda İran çempionu "Təbriz", Qazaxıstanın "Aktobe", Gürcüstandan "Sentrpoint", Mahaçqaladan "Kaspiya" və Moskvanın "Dina" klubları çıxış edəcək. Meydan sahibləri milli çempionatın qalibi "Araz", eləcə də çempionatın gümüş və bürünc mükafatçıları "Asfen" və "Asfarma" klubları ilə təmsil olunacaq.

Turnirin reqlamentinə əsasən, iştirakçılar iki qrupa bölünəcək və qaliblər finalda öz aralarında oynayacaq. Yarışın favoriti Moskvanın tanınmış "Dina" klubu hesab olunur. Bu komanda Avropanın ən güclü futzal klublarından biridir.

Xəbər lenti

Xəbər lenti