...

Güləş Federasiyası qadın güləşçiləri sərbəst növdə sınaqdan çıxarmaq niyyətindədir

Cəmiyyət Materials 4 Aprel 2006 16:16 (UTC +04:00)

Azərbaycanın Güləş Federasiyası Olimpiadanın qadınlar arasında sərbəst güləş üzrə vakansiyalarına iddia etmək niyyətindədir.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov Trend ə etiraf edib ki, sonuncu ölkə çempionatında qadın pəhləvanlarımız güclü çıxış etsələr də, hələlik onların səviyyəsi yüksək deyil. "Biz Pekində vakansiyalara iddialı ola bilən rəqabət qəbiliyyətinə malik güləşçilər tapmaq istərdik. Üstəlik bir ildən sonra Bakıda dünya çempionatı keçiriləcək və onun yekunlarına əsasən Oyunlara düşəcək ilk idmançılar müəyyən ediləcək" -deyə C.Qurbanov qeyd edib.

Qeyd etmək lazımdır ki, Azərbaycanın qadın güləşçiləri Afina-2004-ün lisenziyalı turnirlərində çıxış edib, amma təcrübəsizlik və ustalıq nümayiş etdirə bilməmələri onlara vakansiyalara qoşulmağa imkan verməyib.

Xəbər lenti

Xəbər lenti