...

Fərhad Abdullayev Romaya və Ankaraya səfər edəcək

Cəmiyyət Materials 19 Aprel 2006 13:17 (UTC +04:00)

Aprelin 20-28-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Romaya və Ankaraya səfər edəcək. Trend"in xəbərinə görə, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Səfər İtaliya Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyero Alberto Kapatostinin və Türkiyə Respublikası Konstiusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcunun dəvətləri ilə gerçəkləşək. F.Abdullayev hər iki ölkənin Konstitusiya Məhkəmələrinin ildönümünə həsr olunmuş rəsmi tədbirlərində iştirak edəcək.

Səfər çərçivəsində F.Abdullayevin italiyalı və türkiyəli həmkarları ilə görüşləri də planlaşdırılıb. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti