...

1840 abituriyent Türkiyənin ali təhsil məktəblərində 47 yer uğrunda mübarizə aparır

Cəmiyyət Materials 22 Aprel 2006 12:26 (UTC +04:00)

1840 nəfər azərbaycanlı abituriyent Türkiyənin 12 nüfuzlu universitetinə 47 yer uğrunda mübarizə aparır. Trend in xəbər verdiyi kimi, imtahanlar aprelin 22-də Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir.

Bununla əlaqədar təşkil olunmuş brifinqdə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, imtahanlar Bakıda və Naxçıvanda keçirilir. İmtahan prosesinə türk liseylərinin müəllimləri və türkiyəli ekspertlər nəzarət edir. Tələb olunan balı toplayan abituriyentlər müsabiqədən keçəcəklər.

M.Abbaszadənin sözlərinə görə, Türkiyənin ali təhsil məktəblərinə daxil olmuş abituriyentlər Azərbaycan universitetlərinə qəbul imtahanlarında iştirak etmək hüququnu itirir.

Xəbər lenti

Xəbər lenti