...

Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısına qatılacaq

Cəmiyyət Materials 19 May 2006 16:28 (UTC +04:00)

İyunun 8-9-da İstanbulda Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib. Azərbaycandan bu toplantıda Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edəcək.

Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında dünya mediasının durumu, qloballaşmada KİI-lərin rolu, media strukturları arasındakı əlaqələrin dərinləşməsi zərurətindən, həmçinin jurnalistlərə qarşı təzyiq faktlarından danışılacaq. Toplantıda həmçinin beynəlxalq media təşkilatlarının söz və mətbuat azadlığının vəziyyətinə dair hesabatları ətrafında da fikir mübadilələri aparılacaq, terror hadisələrinin mediada işıqlandırılmasına diqqət yetiriləcək.

Qeyd edək ki, Ə.Amaşov iyunun 10-12-də İstanbulda keçiriləcək Türkiyə və Yunanıstan jurnalistlərinin birgə konfransına da qatılacaq.

Xəbər lenti

Xəbər lenti