Afina Olimpiyadasının bürünc mükafatçısı İradə Aşumova Pekin Oyunlarında iştirak etmək şənsını növbəti dəfə itirib.
Trend agentliyinin məlumatına əsasən, Münhendəki Dünya kuboku mərhələsində kiçik çaplı tapancadan 25 mertlik atışda final səkkizliyinə düşə bilməyib. O, 582 xal toplayaraq səkizliyə düşmək üçün keçid həddini addımlaya bilməyib.
Avropa birinciliyinin gümüş mükafatçısı Nigar Bağırova da uğursuzluğu düçar olub. O, 98 iştirakçı arasında 91-ci yerə çıxıb.
Lakin Azərbaycan idmançılarının vəziyəti düzəltmək üçün hələ imkanı olacaq. Belə ki, onları qabaqda pnevmanik tapancadan 10 metrlik atəş gözləyir.