...

Ombudsman Qobustan qapalı tipli həbsxanasına baxış keçirib

Cəmiyyət Materials 5 İyun 2006 20:11 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymnaova məhkumların saxlanılma şəraitinin öyrənilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Qobustan qapalı tipli həbsxanasına baxış keçirib. Trend xəbər verir ki, ombudsman məhbuslarla təkbətək görüş keçirib.

Məhkumlarla görüş zamanı onlar həbsxana əməkdaşlarının onlara münasibətinin, saxlanılma şəraitinin, sanitar-gigiyena qaydalarına əməl edilməsinin, tibbi xidmətin səviyyəsinin müsbət istiqamətdə dəyişdiyini, təmir edilmiş tibb hissəsinin istifadəyə verilməsindən razı qaldıqlarını bildiriblər.

Görüş zamanı müraciət edən məhkumlar onlara təyin edilmiş ölüm cəzasının ləğv edildiyi zaman cinayət qanunvericiliyində nəzərdə tutulmamış ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsindən narazı olduqlarını bildiriblər. Elmira Süleymanova keçirilmiş baxışla əlaqədar ədliyyə nazirinə məktub göndərmiş, göstərilmiş məlumatların araşdırılması, çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti