15 iyun - Qurtuluş Günü münasibəti ilə sabah Bakıda dənizkənarı Milli Pakrda konsert proqramı təşkil olunacaq. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib.
O bildirib ki, Milli Pakrda saat qülləsinin yanında konsert proqramı axşam saat 21.00-da başlayacaq və 23.00-dək davam edəcək. Saat 23.00-da isə Milli Park atəşfəşanlıq olacaq. Bayram konserti ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə məlumat verilib və paytaxt polisi tədbirin təhlükəsizliyinin təmin olunması üçün müvafiq işlər görəcək. Həmçinin Dövlət Yol Polis İdarəsi Neftçilər prospektində nəqliyyatın hərəkətini tənzimləyəcək.
Zaur Ramazanov həmçinin bildirib ki, Bakının rayonlarında da yerli icra hakimiyyətləri tərəfindən bayram konsertləri, müxtəlif tədbirlər təşkil olunur.