...

Azərbaycanlı cütlüklər çimərlik voleybolu üzrə beynəlxalq yarışlarda iştirak etməyəcək

Cəmiyyət Materials 10 İyul 2006 14:49 (UTC +04:00)

Çimərlik voleybolu üzrə beynəlxalq yarışların başlanmasına baxmayaraq Azərbaycan bu mövsümdə turnirlərdə təmsil olunmayacaq.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, hazırda bütün səylər qadınlardan ibarət komandanın Qran-Prinin seçmə turinlərinə və dünya çempionatına hazırlaşmasına yönəldilib. "Bu tapşırıq birinci dərəcəlidir. Ancaq biz çimərlik voleybolunu da inkişaf etdirməliyik. Bununla belə, bu mövsümdə yığmanın qrafiki o qədər dolğundur ki, voleybolun bu növünə vaxt və qüvvə qalmır", - deyə Z.Gözəlbəyli qeyd edib.

Bundan başqa Federasiya proqramın bu növü üzrə Olimpiadaya vəsiqə uğrunda mübarizə aparmaq ideyası üzərində düşünür. Bunun üçün isə Avropada uğurla çıxış edə biləcək bir neçə cütlük hazırlamaq lazımdır.

Xəbər lenti

Xəbər lenti