...

Ekologiya Nazirliyi KİV və QHT üçün seminarlar keçirir

Cəmiyyət Materials 26 İyul 2006 19:42 (UTC +04:00)

İyulun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təbliğat şöbəsi tərəfindən təşkil olunmuş 11 günlük silsilə seminarlarının birinci seminarı keçirilib.

Trend agentliyinin məlumatına əsasən, birinci seminar nazirliyin funksiya və səlahiyyətlərinə, eləcə də onun fəaliyyətinin əhatə etdiyi sahələrə həsr olunub. Seminar iştirakçısının sualına cavab verən nazirliyin hüquq şöbəsinin müdiri Maarif Məmmədov deyib ki, kəsilmiş ağacın dəyəri 2,2 mln.manatdan yuxarı qiymətləndirildikdə, bunu törətmiş şəxslər cinayət məsuliyyəti, 2,2 mln manatdan aşağı qiymətləndirildikdə isə inzibati məsuliyyət daşıyır.

Trend in müxbirilə söhbətdə təbliğat şöbəsinin nümayəndəsi Şövkət Bəkirov bildirib ki, avqustun 9-nə qədər davam edəcək 11 seminar zamanı Ekologiya Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti, Meşələrin İnkişafı Departamenti, eləcə də nazirliyin İnformasiya Mərkəzinin Dövlət Ekspertizası və Arxiv Fondunda işləyən məsul şəxslər çıxış edəcək.

İqlimin dəyişməsi, ətraf mühitə dövlət, ictimai və zavoddaxili nəzarət, tullantıların idarə olunması və onların zərərsizləşdirilməsi, ekoloji standartlar, normalar və tələblərlə bağlı beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti