...

2008-ci ildən etibarən azərbaycanlılar Yurmala və digər müsabiqələrdə iştirak edəcəklər

Cəmiyyət Materials 28 İyul 2006 20:06 (UTC +04:00)

Mədəniyyyət və tuizm naziri Əbülfəz Qarayevin sözlərinə görə, respublikamızdan bu il artıq bir neçə nəfər beynəlxalq müsabiqələrdə iştirak edib. Bura Avropa, Asiya və MDB ölkələrində keçirilən müsabiqələr daxildir. Yurmala, Evrovijn və bu kimi digər beynəlxalq müsabiqələrdə azərbaycanlıların iştirak etməməsinin səbəbi isə hazırlıq səviyyəsinin olmamasıdır.

Nazirin fikrinə görə, belə beynəlxalq müsabiqələrdə iştirak etmək üçün müəyyən vaxt lazımdır. İlk növbədə respublika daxilində müəyyən yarışmalar keçirilməlidir. Nazir bildirdi ki, artıq gələn ildən hazılıq işləri tam qaydasında aparılacaq və 2008-ci ildə Yurmala və digər beynəlxalq müsabiqələrdə azərbaycanlı müğənnilərin də səsləri eşidiləcək.

Xəbər lenti

Xəbər lenti