...

Əflatun Amaşov Əli Həsənovla görüşüb

Cəmiyyət Materials 17 Avqust 2006 19:38 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov avqustun 17-də Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşüb. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib.

Görüşdə ölkə mediasının son dörd aydakı durumu, baş verən olaylar geniş müzakirə olunub. Ə.Amaşov "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin zorakılığa məruz qalması, jurnalistlərə qarşı təzyiqlərin, məhkəmə proseslərinin artması ilə bağlı faktlara diqqət yönəldərək belə halların aradan qaldırılması üçün təcili surətdə tədbirlər görülməsinin vacibliyini bildirib.

Əli Həsənov isə söz və mətbuat azadlığının təmin olunması sahəsində görülən tədbirlərdən danışıb. O, məhkəmələrə müraciətin hər bir vətəndaşın müstəsna hüququ olduğunu vurğulayaraq burada qanunazidd, qeyri-adi heç nə olmadığını bildirib. Əli Həsənov qeyd edib ki, jurnalistlərin yazılarında insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaları, vəzifəli şəxslərin isə media ilə münasibətləri mümkün qədər qarşılıqlı surətdə tənzimləmələri bu problemin ən etibarlı həlli yoludur.

Xəbər lenti

Xəbər lenti