...

Azərbaycanlı tələbələr Rusiyanın 7 hərbi məktəbində təhsil ala biləcək

Cəmiyyət Materials 21 Avqust 2006 16:40 (UTC +04:00)

2006-2007-ci dərs ilində I və II ixtisas qrupları üzrə keçirilmiş Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında 200-dən çox bal toplamış abituriyentlərə Rusiyanın 7 nüfuzlu hərbi məktəbində təhsil almaq imkanı verilib. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Təlim Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında imzalanmış sazişə əsasən aparılacaq. Abituriyentlər 12 ixtisas üzrə təhsil alacaq. Rusiyada təhsil almaq istəyən abituriyentlər xüsusi müsabiqədən keçməlidir.

Bundan başqa, 500-dən çox bal toplamış abituriyentlərin Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakultəsinə göndərilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti