...

Dini qurumların problemləri müzakirə ediləcək

Cəmiyyət Materials 25 Avqust 2006 16:05 (UTC +04:00)

Avqustun 28-də Park İnn otelində Azərbaycanda fəaliyyət göstərən dini qurum nümayəndələrinin görüşü keçiriləcək. Azərbaycanın Dini qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend ə verilən xəbərə görə, görüşün təşkilatçıları Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsidir (QMİ).

Görüşün məqsədi - dini qurum və icmaların qarşılaşdıqları problemlərlə tanışlıq, vəziyyətin öyrənilməsi və onlara qanunvericiliyin etiqad azadlığı ilə bağlı müddəaları haqqında məlumat verməkdən ibarətdir. Görüşə Azərbaycanda fəaliyyət göstərən dini qurum və icma başçıları, QMİ qazilər şurasının üzvləri dəvət olunub.

Xəbər lenti

Xəbər lenti