İlin sonunadək Azərbaycan və Ermənistan dini liderlərinin görüşü gözlənilmir. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif məlumat verib.
Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qaregin bəyan edib ki, il ərzində onun Azərbaycanın dini lideri Allahşükür Paşazadə ilə görüşü mümkündür. "Yaxın gələcəkdə belə görüş planlaşdırılmasa da, ümid edirik ki, bu cür imkan il ərzində dini liderlərin sammitləri çərçivəsində yaranacaq", - deyə o bildirib. Katolikos qeyd edib ki, bu, hər iki tərəfi narahat edən məsələləri müzakirə etməyə imkan verəcək. "Ermənistan və Azərbaycanın dini liderlərinin dialoqu Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər", - deyə o bildirib.
Hacı Akif vurğulayıb ki, hazırda heç bir hazırlıq işi aparılmır, hətta görüşün keçirilmə yeri və tarixi ilə bağlı ilkin razılaşma da yoxdur.