Tailanddakı siyasi vəziyyət hələ ki, bu ölkəyə müxtəlif turizm agetliklərinin xətti ilə gedən Azərbaycan turistlərini qorxutmur. Bu faktı Trend ə dörd turizm agentliyi təsdiqləyib.
"Improtex Travel"də bildiriblər ki, Tailanda səfər etmək istəyənlərin sayında mühüm dəyişikliklər yoxdur.
"Pozitron Ltd"dən də bu istiqamətdə sabitliyin olduğu bildirilib.
"Caspian Travel Agency"dən Trend ə verilən məlumata görə, turistlərin əksəriyyəti paytaxtda deyil, dənizkənarı və daha kənar yerlərdə istirahətə üstünlük verirlər. Çevrilişlə bağlı əsas hadisələr Banqkonkda baş verdiyindən, bu, adıçəkilən ölkəyə səfərlərə təsir göstərməyib.
Digər bir agentlikdə - "Business Service Centre"də isə vurğulayıblar ki, Tailanda biletlərin satışında olduğu kimi, turist səfərlərində də mühüm dəyişikliklər müşahidə olunmayıb.
Bu istiqamətdə müşahidə olunan sabitliyi bəzi agentlikliklər onunla əlaqələndiriblər ki, Tailanddakı hadisələr hələ "təzə"dir və hansısa dəyişikliklər müəyyən vaxtdan sonra baş verə bilər.