...

"Ural-Qreyt" klubunun azərbaycanlı basketbolçusu Bakıya qayıdıb

Cəmiyyət Materials 29 Sentyabr 2006 12:48 (UTC +04:00)

"Qala" klubundan Permin "Ural-Qreyt" basketbol klubuna keçmiş forvard Aleksandr Rındin Azərbaycana qayıdıb.

Milli Federasiyanın mətbuat katibi Ramin Kəsəmənski Trend ə xəbər verib ki, istedadlı idmançının gəlişi Rusiya komandasında hər hansı oyun problemləri ilə bağlı deyil, lakin məcburi xarakter daşıyır. "Sadəcə olaraq Aleksandrın xarici pasportunun müddəti bitib və o, indi pasportun müddətini uzadır. Artıq gələn həftə onun tezliklə Superliqada çıxışa başlayacaq "Ural-Qreyt"ə qoşulacağı planlaşdırılır", - deyə R.Kəsəmənski vurğulayıb.

Xatırladaq ki, A.Rındinin Perm klubuna keçməsinin təşəbbüsçüsü həm də "Ural-Qreyt"ə rəhbərlik edən Azərbaycan yığmasının baş məşqçisi Rimas Kurtinaytis olub.

Xəbər lenti

Xəbər lenti