...

Qurban Qurbanov: Çempionatda fasilə "Neftçi"nin xeyrinə olacaq

Cəmiyyət Materials 4 Oktyabr 2006 15:24 (UTC +04:00)

"Azərbaycanın futbol çempionatında fasilə "Neftçi"nin xeyrinə olacaq". Bu barədə Trend ə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Avro-2008 çempionatının seçmə oyunları ilə əlaqədar kiçik fasilə zamanı onun yetirmələri oyunlarının yaxşılaşması üzərində işləyəcək. "Bizim fəaliyyət üçün kifayət qədər meydançamız var. Bu fəaliyyət həm oyun, həm də psixoloji amillərin yaxşılaşmasına aiddir. Klub birincilikdə 5 oyunluq qələbəsiz seriyaya son qoyduqdan sonra hazırda uşaqlarda müsbət emosiyaların artması müşahidə edilir. Düşünürəm ki, bu vəziyyət onları gələn oyunlarda uğurlu çıxışa ruhlandırmalıdır", - deyə Q.Qurbanov vurğulayıb.

Qeyd etmək lazımdır ki, hazırda "Neftçi" 7 turdan sonra 9 xal toplayaraq turnir cədvəlində 6-cı yerdədir.

Xəbər lenti

Xəbər lenti