Azərbaycanlı fiqurçu Daniil Privalov Hollandiyada başa çatmış yeniyetmələr arasında Qran-Pri turnirində 15-ci yeri tutub.
Trend in xəbər verdiyi kimi, o, qısa, daha sonra isə sərbəst proqramın icrasının yekunlarına görə, hakimlər tərəfindən 117,67 balla qiymətləndirilib və bu göstərici ilə alman Norman Kek, yapon Tomiyuki Kariyamu, fransız Morqan Sipre və bir çox digər iştirakçıları qabaqlayıb.
Turnirin qalibi isə amerikalı Stefan Kare olub. O, müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşmış rusiyalı Artyom Borodulin və öz komanda yoldaşı Eliot Halversonu geridə qoyub.
Təkbətək konki sürmədə qızlar arasında Emma Hacıyeva 25-ci, Azərbaycanı təmsil edən Kirsted Karpenter və Yevgeni Krasnyak rəqs cütlükləri isə 17-ci mövqedə qərarlaşıb.