...

İKT Məhəmməd peyğəmbəri növbəti dəfə təhqir etmək cəhdinə qarşı narazılığını bildirir

Cəmiyyət Materials 10 Oktyabr 2006 19:47 (UTC +04:00)

Məhəmməd peyğəmbəri növbəti dəfə təhqir etmək cəhdi mənəvi terrorizmin dünyada yüz milyonlarla müsəlmanın dini hissiyyatını təhqir etməyə yönəlmiş qərəzli aktıdır. Trend in xəbər verdiyi kimi, bu barədə İslam Konfransı Təşkilatının Gənclər Forumunun Danimarkada bütün müsəlmanların peyğəmbərinin növbəti dəfə təhqir olunması ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, bu günlərdə İslamın simvolu və prinsipləri təhqir olunub. Bir qədər sonra Danimarkanın "Xalq partiyası" müsəlman peyğəmbərinin ən yaxşı satirik təsviri üzrə müsabiqə keçirərək, müsəlmanlar üçün ən təhqiredici variantı seçməyə çalışıb. Müsabiqənin yekunu olaraq çalmada və "şəhid kəməri" taxmış aktyorun Məhəmməd rolunda çəkildiyi kaset çıxıb. Həmin videoyazının fraqmentləri milli telekanalda nümayiş etdirilib.

"Bütün bunlar Qərbin və İslam ölkələrinin aparıcı siyasətçiləri və ictimai xadimlərinin keçən karikatura qalmaqalının fəsadlarından yaxa qurtarmaq üçün səy göstərdikləri bir vaxtda baş verir", - deyə sənəddə vurğulanır. İKT Gənclər Forumu bu cür qanunsuzluqların sivilizasiya mərkəzində yerləşən və başqaları üçün tolerantlıq ənənələrinin nümunəsi olmağa idda edən bir ölkədə baş verdiyindən təəssüfləndiyini bildirib.

Xəbər lenti

Xəbər lenti