...

Azərbaycanın futbol yığması Belçikaya məğlub oldu

Cəmiyyət Materials 12 Oktyabr 2006 15:43 (UTC +04:00)

Azərbaycanın futbol yığması Brüsseldə keçirilən 2008-ci il Avropa çempionatının seçmə oyununda Belçikaya 0:3 hesabı ilə məğlub olub.

Trend xəbər verir ki, Şahin Diniyevin yetirmələri ilk iyirmi dörd dəqiqə ərzində meydan sahiblərinin hücumlarının qarşısını ala bilib, lakin Timmi Saymonsun zərbəsindən sonra belçikalılar hesabı açdılar. Görüşün ilk yarısı "Qırmızı iblislər"in cüzi üstünlüyü ilə başa çatıb, lakin ikinci taymın əvvəlində belçikalılar Kevin Vanderberqin vurduğu qol sayəsində fərqi artırdılar. Görüşün sonuna səkkiz dəqiqə qalmış isə Mussa Dembelin vurduğu top meydan sahiblərinin hesabını tamamladı. Düzdür, bir dəqiqədən sonra oyunçu ikinci sarı kartını alaraq, meydandan çıxarıldı, lakin bu Azərbaycan yığmasını məğlubiyyətdən xilas etmədi.

Dörd görüşdən sonra komanda əvvəlki kimi "A" qrupu cədvəlində sonuncu yerdədir.

Xəbər lenti

Xəbər lenti