...

Azərbaycanın cüdo komandası Aşqabadda 4 medal qazanıb

Cəmiyyət Materials 28 Oktyabr 2006 11:56 (UTC +04:00)

Azərbaycanın cüdo komandası Türkmənistanın müstəqilliyinin 15 illiyi münasibətilə Aşqabadda keçirilmiş beynəlxalq turnirdə 4 mükafat qazanıb.

Trend in xəbər verdiyi kimi, kollektivin heyətində Nazir Əlisultanov və Samir Məmmədov uğurla çıxış edərək öz çəki dərəcələrində qələbə qazanıb. Rasim Əliməmmədov yarışın finalında məğlub olub. Mükafatçılar üçlüyünü Səlim Möhsümov qapayıb. Bu, komandaya 12 ölkədən olan komandalarla qiyabi qarşılaşmada yaxşı nəticə göstərməyə imkan verib.

Maraqlıdır ki, yarışda Azərbaycanı Bakı yığması təmsil edib. Turnirdə çıxış isə növbəti mövsüm ərəfəsində yaxın ehtiyatın yoxlanmasından ibarət olub.
r müqavilə bağlayıb.

Xəbər lenti

Xəbər lenti