...

"Karvan" futbol klubunun forvardı iki oyundan diskvalifikasiya edilib

Cəmiyyət Materials 2 Noyabr 2006 12:54 (UTC +04:00)

"Karvan" futbol klubunun forvardı Azərbaycan çempionatının liderinə iki təqvim görüşlərində kömək edə bilməyəcək.

Trend in məlumatına görə, AFFA-nın Nizam-İntizam Komitəsi ötən turun "Neftçi"yə qarşı oyununda qonaq meydanından qovulması ilə əlaqədar onu iki görüşdə iştirakdan məhrum edib. Qeyd edək ki, həmin görüşdə bakılılar 3:1 hesabı ilə qələbə qazanıb. Rəqibini vurmuş afrikalı futbolçunun hərəkətinə görə "Karvan" AFFA xəzinəsinə 2 min AZN ödəyəcək. Yevlaxlıların məşqçisi Zakir Mahmudov isə texniki zonada davranış qaydalarını pozduğundan yaxın turun oyununu tribunadan seyr edəcək. Mütəxəssisin hərəkəti AFFA tərəfindən 600 AZN məbləğində qiymətləndirilib.

Bundan başqa, "Karvan" "Neftçi" ilə oyunda 5 futbolçusunun 5 sarı kart alması ilə əlaqədar Assosiasiyaya 1000 AZN də köçürəcək.

Xəbər lenti

Xəbər lenti