...

Prezident Aparatı İşlər İdarəsinin sabiq müdirinin apellyasiya şikayətinə dair məhkəməyə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 13 Dekabr 2006 17:54 (UTC +04:00)

Dekabrın 13-də Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin apellyasiya şikayətinə dair məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Apellyasiya Məhkəməsindən məlumat verilib.

İş materialları hakim Qayıl Məmmədovun icraatındadır.

Dövlət əmlakını mənimsəmə və israfetmədə təqsirləndirilən Akif Muradverdiyev 31 oktyabr 2006-cı il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin hökmü ilə razılaşmayaraq apellyasiya şikayəti verib. Hazırlıq iclasında hakim məhkəmə baxışının dekabrın 27-nə təyin edilməsi barədə qərar çıxarıb.

A.Muradverdiyev 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs olunub. İstintaq vaxtı isə onun digər maliyyə cinayətləri də üzə çıxıb və həmin cinayətlər ayrıca istintaq olunaraq məhkəmə baxışına verilib. Dövlət çevrilişinə cəhdlə əlaqədar istintaq işi isə Milli Təhlükəsizlik Nazirliyində hələ davam edir və bu işlə əlaqədar istintaqa təqsirləndirilən şəxs qismində A.Muradverdiyevlə yanaşı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov və bir sıra digər yüksək vəzifəli şəxslər də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti