...

Azərbaycan Ekologiya Nazirliyi bir sıra regionlarda reydlər keçirib

Cəmiyyət Materials 19 Dekabr 2006 11:57 (UTC +04:00)

Noyabrda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölgə şöbələri tərəfindən Mingəçevir, Yevlax, Ağdaş, Bərdə və Tərtərdə keçirilən yoxlama və reydlər nəticəsində 13 akt və 9 protokol tərtib edilib.

Ekologiya Nazirliyinə istinadən Trend bildirir ki, reydlərin nəticələrinə görə 4 fiziki şəxsin 104 manat 50 qəpik həcmində cərimə ödəməsi, bundan başqa, məhkəmə icrasına yönəlmiş 2 iş üzrə 66 manat cərimə ödənilməsi təmin edilib. Bərdə sakini Fərhad Hüseynov meşə örtüyünə zərər vurması faktı ilə 27 manat 50 qəpik məbləğində, Tərtər rayonu sakini Maarif Niftəliyev ağaca zərər vurmaq səbəbindən 33 manat məbləğində cərimə olunub.

Bununla yanaşı, Bərdə sakinləri Vaqif Bayramov, Səbuhi Əzimov, Akif Qurbanov, Eldar Rüstəmov və Ərşad Hacıyev meşədən qeyri-qanuni olaraq ağac əldə etdiyinə görə 174 manat 50 qəpik məbləğində cərimə olunublar.

Ölkənin Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəssisə və təşkilatlara 644 manat həcmində 30 ödəniş təqdim edilib və əvvəlki aylardakı ödəmələr də nəzərə alınmaqla 938 manat 54 qəpik ödəniş alınıb.

Xəbər lenti

Xəbər lenti