...

"Bakı" futbol klubu hücum xəttini gücləndirmək niyyətindədir

Cəmiyyət Materials 25 Dekabr 2006 16:52 (UTC +04:00)

"Bakı" futbol klubu qış transfer pəncərəsi dövründə hücum xəttini xeyli gücləndirmək niyyətindədir.

Trend xəbər verir ki, komandanın məşqçi qərargahı hazırda "Barselona"nın əsas zərbə qüvvəsi olan məşhur Samuel Eto'Onun kiçik qardaşı, kamerunlu forvard David Eto'Onun gəlişini gözləyir. Afrikalı hücumçunun Bakıya yanvarın əvvəlində gələcəyi gözlənilir və elə o vaxt kollektivin məşqçisi Böyükağa Hacıyev futbolçunun işini nəzərdən keçirəcək. Həm də braziliyalı Leandro Qomeşin yaxşı nişan almadığını nəzərə alaraq, hücumda kollektivin işləri çox da yaxşı getmir.

Eyni zamanda ölkə çempionu artıq gürcü yarımmüdafiəçisi Amari Muciri və Elvin Nuriyevlə müqavilə imzalayıb. Sonuncu ilə altı aylıq saziş imzalanıb və arzu olunarsa, həmin saziş daha bir il müddətinə də uzadıla bilər.

Xəbər lenti

Xəbər lenti