...

Azərbaycan Səhiyyə Nazirliyinin rəhbəri Gəncədə olub

Cəmiyyət Materials 27 Dekabr 2006 12:58 (UTC +04:00)

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev 16-31 dekabr tarixlərində keçirilən "Səhiyyə Günləri" çərçivəsində bu gün Gəncədə olub. Nazirliyə istinadən Trend bildirir ki, nazir Gəncədə Heydər Əliyev memorial kompleksini ziyarət edib, təcili tibbi yardım məntəqəsinin açılışında iştirak edib. 3 saylı xəstəxananın təcili tibbi yardım şöbəsi "Amerada Hess" şirkətinin maliyyə dəstəyi ilə Beynəlxalq Tibb Korpusu tərəfindən həyata keçirilən "Təcili tibbi yardım təşəbbüsü" layihəsinin birinci mərhələsi çərçivəsində bərpa edilib. Gəncə və ətraf rayonlara 16 təcili tibbi yardım maşını verilib.

Nazir tibbi yardımın təkmilləşdirilməsi məsələsinə həsr edilmiş kollegiya keçirib.

O.Şirəliyev Yevlaxa yola düşüb.

Xəbər lenti

Xəbər lenti