...

Bir qrup səhiyyə və tibb xadimi millət vəkili Cəmil Həsənliyə etirazını bildirib

Cəmiyyət Materials 27 Dekabr 2006 15:33 (UTC +04:00)

"Millət vəkili Cəmil Həsənli alim, tarixşünas olmasına baxmayaraq, çıxışlarında Fərhad Əliyevi müayinə etmiş görkəmli alimlərimizin, tanınmış ziyalılarımızın rəylərinə inamsızlıq yaratmaq, onların nəticələrini şübhə altına qoymaq və peşə fəaliyyətlərinə kölgə salmaq yolunu seçib. Bu, Azərbaycanın səhiyyə və tibb ictimaiyyətini çox hiddətləndirir". Trend in məlumatına görə, bu fikirlər bir qrup ziyalının səhiyyə və tibb elm xadimlərinin prezident İlham Əliyevə, Milli Məclimin sədri Oqtay Əsədova və Azərbaycan xalqına ünvanladığı müraciətdəndir.

Müraciətdə bildirilir ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, millət vəkili, professor Cəmil Həsənli müdafiə etdiyi şəxsin sağlamlıq durumu ilə əlaqədar son günlər bəyanatlar, müsahibələr verir: "Cəmil Həsənli çıxışlarında Fərhad Əliyevin tibbi müayinədən və ekspertizadan keçirilməsi prosesi üzrə təşkil olunan mütəxəssis komissiyalarına cəlb edilmiş, səhiyyə sahəsində böyük təcrübələri, elmi tədqiqatları ilə beynəlxalq aləmdə nüfuz qazanmış alimlərin ünvanına əsassız böhtan və təhqir kampaniyasına başlayıb. Bu,Azərbaycanın səhiyyə, tibb elminə, alimlərimizə ləkə yaxmaqdır"-deyə bəyanatda vurğulanır.

Siyasi baxışlarına, əqidəsinə görə heç bir vətəndaşımızı fərqləndirmədiklərini və onların sağlamlığının keşiyində dayandıqlarını deyən müraciət müəllifləri C.Həsənlinin çıxışlarına Milli Məclisin Etika Komissiyasında lazımi qiymət verilməsini tələb edirlər. Müraciəti əməkdar elm xadimləri, professor N.Hümbətov, N.Quliyev, Ə.Musayev, tibb elmləri doktorları R.Abdullayev, E.Məmmədov və digərləri imzalayıb.

Xəbər lenti

Xəbər lenti